Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi

0

  • Hazırda dünyada gedən proseslər onu göstərir ki, indi bəşəriyyəti qlobal problemlərdən çox, bəzi ölkələr arasında gedən gərgin münasibətlər, daha doğrusu, müharibələr düşündürür. Xüsusilə hazırda Rusiya ilə Ukrayna arasında gedən müharibə artıq iki olkə arasında gedən münaqişə müstəvisindən çıxaraq Rusiya - Qərb münaqişəsinə çevrilmişdir. Ukrayna öz torpaqlarını mühafizə etməyə Rusiya isə yaxın ətrafında qərbyönümlü dövlətlərin formalaşmasına imkan verməməyə çalışır. Bu gərginlik dünyada sülh və əmin - amanlığa böyük təhlükələr yaradaır. Çünki, həm Rusiyanın, həm də Ukraynanı müdafiə edən Qərb dövlətlərinin əllərində külli miqdarda kütləvi qırğın silahları vardır. Bu silahların da hər - hansı dövlət tərəfindən işlədilməsi bütövlükdə bəşəriyyətin məhvinə gətirib çıxara bilər. Ona görə də bütün dünya dövlətləri bu münaqişənin olduqca tez aradan qaldırılmasında maraqlıdırlar. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Azərbaycan da erməni faşizmindən əziyyət ölkə olaraq Cənubi Qafqazda sülhün bərqərar olması üçün böyük səylər göstərir. Çünki, sülh bütün dünyada təhlükəsizliyin qarantıdır. Müharibələr isə iqtisadiyyatın, infrastrukturun dağılmasına gətirib çıxarır və çoxsaylı insan itkisi, insanların böyük əzab - əziyyət çəkməsi ilə nəticələnir. Bunları biz 20 faiz torpaqlarımızı işğal etmiş, vətəndaşlarımızı milli mənsubiyyətinə görə soyqırımıa məruz qoymuş, bir milyon vətəndaşımızı öz ata - baba yurdlarından didərgin salmış erməni faşistləri ilə mübarizədə daha yaxından hiss etmişik. Məhz bu konteksdən çıxış edərək ölkəmiz bütün beynəlxalq tribunalarda, beynəlxalq sammitlərdə, kimin tərəfindən irəli sürülməsindən asılı olmayaraq, sülh təşəbbüslərini dəstəkləyir və bu kimi təşəbbüslərə töhfə verməyə çalışır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​İyulun 5 - də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlərin görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmişdir. Ölkə Başçısı çıxışı zamanı Azərbaycanın 2021 - 2022 - ci illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdəki səmərəli fəaliyyətindən və Hərəkata üzv dövlətlərin yekdil təşəbbüsü ilə ölkəmizin bu təşkilata sədrlik müddətinin daha bir il uzadılmasından bəhs etdi. Prezident qeyd etdi ki, Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021 və 2022 - ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın bu təşkilata sədrliyinin nailiyyətidir. "Biz eyni zamanda Qoşulmama Hərəkatı Qadınlar Platformasının yaradılması üzərində işləyirik.​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycan Prezidenti çıxışına davam edərək qeyd etmişdir ki, pandemiya zamanı ölkəmiz peyvənd millətçiliyinə" qarşı mübarizə aparmış və bunun nəticəsində peyvəndləri bərabər şəkildə paylanılmasına nail olunmuşdur. Azərbaycan bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardım etmişdir. Eyni zamanda ölkəmiz bir çox ölkələrə peyvəndlər göndərmişdir.​ ​ ​ Prezident İlham Əliyev çıxışında neokolonializmə qarşı mübarizə aparmağın da zəruri olduğunu vurğulamışdır. Bu gün Afrikada müstəmləkəçilik siyasətini davam etdirən Fransa özünü demokratiya carçısı kimi qələmə verməyə çalışır. Əlcazairdə milyonlarla insanı soyqırıma məruz qoymuş Fransa, bu ayıbı aradan qaldırıb üzr istəmək əvəzinə, Azərbaycanın iyirmi faiz ərazisini işğal etmiş erməni separatçılarının müdafiəsinə qalxır. Əlbəttə ki, bu təbiidir. Çünki, işğalçılıq Fransa kimi dövlətlərin fitrətində var. Hal - hazırda ölkəmiz erməni vandalizminə məruz qalmış ərazilərimizdə böyük quruculuq işləri həyata keçirir. Lakin erməni faşistlərinin ərazilərimizə basdırdıqları minalar insanların öz ata - baba yurdlarına qayıtmalarına meneçilik yaradır. Laçında sərhəd postu qoyulanadək ermənilər bu işi davam etdiriblər. Bütün bunlara rəğmən ölkəmiz iki ölkə arasında sülh sazişinin imzalanmasında və Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Bu mütləq baş verəcəkdir. Ermənistanın inkişafı yalnız Azərbaycanla sülh münasibətlərindən keçir və bunun alternativi yoxdur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Ziya Əliyev,​
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib79 dəfə
    azərbaycanın sədrliyi dövründə qoşulmama hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi

    Maraqlı gələ bilər
    39
    17
    277